İQTİSADİYYAT
SOCAR “Belneftexim”lə memorandum imzalayıb
Bakı, 14 aprel, AZƏRTAC
Aprelin 14-də SOCAR və Belarusun Dövlət Neft və Kimya Konserni (“Belneftexim”) arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Belneftexim” Konserninin sədri Andrey Rıbakov imzalayıblar.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, memorandumda tərəflərin neft və neft məhsullarının istehsalı və reallaşdırılması sahəsində imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
Memoranduma əsasən, əməkdaşlığın əsas istiqamətlərini Azərbaycan neftinin Belarusa tədarükünün təşkili sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, həmçinin karbohidrogen ehtiyatları istehsalçıları və istehlakçıları arasında dialoqun aktivləşdirilməsi, Belarus neft emalı zavodlarında əməliyyat effektivliyinin artırılması üçün texniki auditin aparılması və sair təşkil edəcək. Sənəd həmçinin Belarusda istehsal olunan neft məhsullarının reallaşdırılması, birgə investisiya layihələri və Belarus bazarında SOCAR tərəfindən neft məhsullarının satışı sahələrində tərəfdaşlıq məsələlərini əhatə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]