İQTİSADİYYAT
“SOCAR Corcia qas” şirkəti Tbilisidə yeni yanacaqdoldurma stansiyası açmışdır VİDEO
Tbilisi, 16 yanvar (AZƏRTAC). “SOCAR Corcia qas” şirkəti Gürcüstan paytaxtında yeni yanacaqdoldurma stansiyasını istifadəyə vermişdir. Stansiyanın açılış mərasimində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak etmişlər.
Mahir Məmmədov məlumat vermişdir ki, bu, Gürcüstanda sayca 106-cı yanacaqdoldurma stansiyasıdır. Stansiyanın müasir tələblərə uyğun inşa olunduğunu bildirən şirkət rəsmisi burada 15 nəfərin işlə təmin edildiyini və soydaşlarımızın yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli və Bolnisi rayonlarının hər birində yeni qazdoldurma stansiyasının açılacağını vurğulamışdır.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi