Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“SOCAR Energy Georgia” MMC-nin Baş direktorunun müşaviri Yuri Çaxunaşvilidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əziz İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, ailə sevinci, tükənməz həyat enerjisi, ölkənizin və xalqınızın rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm.

Biz tələbə dostlarınız Sizin rəhbərliyinizlə Azərbaycanın həm ölkə daxilində, həm də beynəlxalq arenada qazandığı uğurlara görə ürəkdən fəxr edirik.

Azərbaycan xalqının Sizin rəhbərliyinizlə qazandığı tarixi qələbələr nəticəsində bu uğurlar xüsusilə parlaq şəkildə təzahür edib.

Sizin yürütdüyünüz müdrik və düşünülmüş xarici siyasət sayəsində bu qələbələr üçün zəmin yaranıb, Ali Baş Komandan kimi istedadınız, Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlığı işğal altındakı torpaqları öz halal sahibinə qaytarıb.

İşğaldan azad edilmiş ərazilərin qısa müddətdə bərpası onu göstərir ki, çox yaxın gələcəkdə Qarabağ Azərbaycanın incisinə çevriləcək. Füzuli Beynəlxalq Aeroportu və regionda yaradılmış maddi-texniki infrastruktur bu nailiyyətlərin parlaq nümunəsidir.

Əziz İlham Heydər oğlu, Sizi bir daha əmin etmək istəyirik ki, bizə verilən hər bir tapşırığı yerinə yetirməyə hazırıq.

İcazə verin, Sizə bir daha ən xoş arzularımı, planlarınızın və ideyalarınızın tezliklə gerçəkləşməsi diləklərimi bildirim.

Hörmətlə, Sizə sadiq olan

 

Yuri Çaxunaşvili

“SOCAR Energy Georgia” MMC-nin Baş direktorunun müşaviri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin