Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“SOCAR Energy Georgia” MMC-nin baş direktorunun müşaviri Yuri Çaxunaşvilidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əziz İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz həyati qüvvə, ölkənizin və xalqınızın rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar diləyirəm.

Biz - Sizin dostlarınız fəxr edirik ki, Zati-alinizin rəhbərliyi ilə həyata keçirilən səmərəli quruculuq işinin nəticələrini qərəzli olmayan hər bir insan əyani şəkildə görür, Azərbaycanın həm regionda, həm də bütövlükdə dünyada beynəlxalq nüfuzu durmadan artır.

Əziz İlham Heydər oğlu, biz bir daha Sizi əmin etmək istəyirik ki, bizə verdiyiniz hər bir tapşırığı yerinə yetirməyə hazırıq.

Hörmətlə və sədaqətlə,

 

Yuri Çaxunaşvili

“SOCAR Energy Georgia” MMC-nin baş direktorunun müşaviri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin