Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“SOCAR Energy Georgia” MMC-nin baş direktorunun müşaviri Yuri Çaxunaşvilidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əziz İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, ailə səadəti, tükənməz həyat əzmi, ölkənizin və xalqınızın rifahı naminə ali dövləti fəaliyyətinizdə daha böyük uğurlar diləyirəm.

Biz, dostlarınız Sizin rəhbərliyinizlə Azərbaycanın istər ölkə daxilində, istərsə də beynəlxalq arenada qazandığı uğurları ilə səmimi qəlbdən fəxr edirik.

Əziz İlham Heydər oğlu, Sizi bir daha əmin etmək istəyirik ki, bizə verilən hər hansı tapşırığı yerinə yetirməyə hazırıq.

İcazə verin, Sizə bir daha ən xoş diləklərimi çatdırım, planlarınızın və ideyalarınızın tezliklə həyata keçməsini arzu edim.

Hörmətlə,

 

Yuri Çaxunaşvili

“SOCAR Energy Georgia” MMC-nin baş direktorunun müşaviri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin