CƏMİYYƏT
“SOCAR Energy Ukraine” valideynlərini itirmiş uşaqlara yardım kampaniyasına başlayıb
Kiyev, 1 dekabr, AZƏRTAC
Dekabrın 1-dən “SOCAR Energy Ukraine” dobro.ua xeyriyyə platforması və “Qəhrəmanların Uşaqları” Fondu ilə birlikdə Yeni il layihəsinə start verib.
AZƏRTAC xəbər verir ki, layihəyə görə, valideynlərini itirmiş uşaqlara hədiyyələr və yardımlar veriləcək.
“Biz heç vaxt ən əziz insanları uşaqlara qaytara bilməyəcəyik. Ancaq onlara bayram hədiyyəsini çatdırmaq bizim səlahiyyətimizdədir. Biz balaca ukraynalılar üçün Yeni il nağılını canlandırmaq fürsətinə görə tərəfdaşlarımıza çox minnətdarıq”, - deyə “SOCAR Energy Ukraine”nin PR direktoru Yelena Osipçuk bildirib.
Qeyd edək ki, SOCAR Ukraynada sosial və mədəni layihələrin inkişafına 6 milyon dollardan çox sərmayə qoyub. Şirkət cəmiyyətə müsbət dəyişikliklər gətirməkdə və işlədiyi icmalara qayğı göstərməkdə davam edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev