CƏMİYYƏT


SOCAR Gürcüstanda böyrək çatışmazlığından əziyyət çəkən insanlara pulsuz dərman vasitələri təqdim edib

Tbilisi, 21 sentyabr, AZƏRTAC

SOCAR şirkəti Gürcüstanın Marneuli rayonunda böyrək çatışmazlığından əziyyət çəkən insanlara dərman vasitələri yardımı edib.

Bu barədə AZƏRTAC-a “Gürcüstan Azərbaycanlılarının Əlillər Assosiasiyası”nın sədri Rövşən Əliyev məlumat verib.

Onun sözlərinə görə, şirkət dializ xəstələrinə “Calciumacetat Netro 700” dərman preparatını assosiasiyanın vasitəçiliyi ilə pulsuz təqdim edib.

Preparatlar xəstələrə sentyabrın 20-də Marneulinin Rayonlararası Mərkəzi Xəstəxanasında və “Tea House”də təqdim edilib.

Rövşən Əliyev bildirib ki, dərmanlar Kvemo Kartlidə böyrək çatışmazlığından əziyyət çəkən vətəndaşlara paylanılır.

Qeyd edək ki, təqdim olunan dərman preparatı ümumilikdə 176 nəfər dializdən əziyyət çəkən şəxslərə verilir və bu dərmanlar onların ehtiyacını 3 ay qarşılayacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.