ELM VƏ TƏHSİL


“SOCAR–KBR” MMC-nin nümayəndələri ADNSU-da

Bakı, 13 mart, AZƏRTAC

Martın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “SOCAR–KBR” MMC-nin nümayəndələri ilə tələbələrin görüşü olub.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə şirkətin baş direktorunun texniki məsələlər üzrə müavini Şamil Babanlı “SOCAR–KBR” MMC-nin fəaliyyəti, layihələri haqqında təqdimatla çıxış edib.

Şirkətin insan resursları üzrə meneceri Səidə Qurbanova, mütəxəssis Səbinə Ələkbərova məzun və tələbələr üçün təcrübə proqramı, işə qəbul prosesi barədə məlumat veriblər. ADNSU-nun məzunu, mühəndis-texnoloq Aydan Kazımova isə təcrübə proqramına müraciət barədə şəxsi təcrübəsini bölüşüb.

Sonra tələbələrin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.