REGİONLAR


“SOCAR Karbamid” zavodu növbəti ixrac partiyasını yola salıb

Sumqayıt, 13 iyun, AZƏRTAC

Sumqayıtda yerləşən “SOCAR Karbamid” zavodu növbəti ixrac partiyasını yola salıb. Zavodun məhsulu – karbamid gəmilərə yüklənmək üçün Hövsan limanına göndərilib.

Bu barədə AZƏRTAC-a açıqlama verən “SOCAR Karbamid” zavodunun direktoru Xəyal Cəfərov bildirib ki, Türkiyəyə göndərilən məhsul 15 min tondan çoxdur. Bu ayın sonlarında ikinci tenderin də keçirilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, zavod gündəlik 2000 ton karbamid istehsalı gücünə malikdir. Bu da illik təxminən 650-660 min ton azot gübrəsi istehsalı deməkdir. İstehsal edilən karbamid məhsulunun təxminən 30 faizi daxili tələbatı tam ödəyəcək, qalan 70 faizi “Made in Azerbaijan” brendi altında dünya bazarlarına ixrac olunacaq.

Xəyal Cəfərov qeyd edib ki, layihənin tikintisi beynəlxalq açıq tender əsasında seçilmiş Cənubi Koreyanın “Samsung Engineering” şirkəti tərəfindən həyata keçirilib və zavodun bu ayın sonlarında SOCAR-a tam təhvil verilməsi planlaşdırılır. Bundan sonra zavod SOCAR-ın mühəndisləri, işçiləri tərəfindən idarə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.