İQTİSADİYYAT


SOCAR “KazMunayGaz”la əməkdaşlığın perspektivlərini müzakirə edib

Bakı, 15 sentyabr, AZƏRTAC

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Qazaxıstanın “KazMunayGaz” Milli Şirkəti” Səhmdar Cəmiyyyətinin sədri Alik Aydarbayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, görüşdə neft-qaz sənayesinin bütün sahələri üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub, birgə iş planı barədə fikir mübadiləsi aparılıb. Görüşdə şirkətlər arasında geniş əməkdaşlıq perspektivləri, o cümlədən Xəzər dənizində geoloji kəşfiyyat işlərində, karbohidrogen xammalının kəşfiyyatı üzrə geoloji-geofiziki materialların birgə öyrənilməsi ilə bağlı imkanlardan bəhs edilib.

“KazMunayQaz” şirkətinə məxsus “Sətti” üzən qazma qurğusu üzərində modernləşdirilmə işləri SOCAR-ın “Caspian Driling Company” (CDC) şirkəti tərəfindən həyata keçirilir. “Sətti” üzən qazma qurğusu vasitəsilə Xəzərin Azərbaycan sektorunda qazma işləri aparılacaq. Əməliyyat dövründə qurğu üzərində menecmenti “CDC” şirkəti həyata keçirəcək.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər də müzakirə olunub.

Qeyd edək ki, “KazMunayGaz” şirkəti Qazaxıstan dövlətinin neft və qaz sənayesində maraqlarını təmsil edən, karbohidrogenlərin kəşfiyyatı, istehsalı, emalı və nəqlini həyata keçirən milli operatordur. Şirkət 2002-ci ildə yaradılıb, onun tərkibində 190-dan çox təşkilat birləşib. “KazMunayGaz”ın səhmdarları “Samruk-Kazyna” Milli Sərvət Fondu (90 faiz) və Qazaxıstan Respublikasının Milli Bankıdır (10 faiz).

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.