İQTİSADİYYAT


SOCAR “LUKoil” ilə anlaşma memorandumu imzalayıb

Bakı, 23 yanvar, AZƏRTAC

Yanvarın 22-də SOCAR və “LUKoil” şirkətləri arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Naxçıvan” perspektiv strukturu, habelə dənizin dayazsulu hissəsində “Xəzəryanı-Quba” və “Qoşadaş” perspektiv strukturlarını əhatə edən kəşfiyyat blokuna dair anlaşma memorandumu imzalanıb.

AZƏRTAC SOCAR-a istinadla xəbər verir ki, anlaşma memorandumu İsveçrənin Davos şəhərində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov imzalayıblar.

“Naxçıvan” perspektiv strukturu Xəzərin Azərbaycan sektorunun dərin hissəsində, Abşeron yarımadasından 90 kilometr cənubda yerləşir. Strukturun yerləşdiyi rayonda dənizin dərinliyi 120 metrdən 750 metrə qədər dəyişir. Struktur seysmik kəşfiyyat işləri nəticəsində 1960-cı ildə aşkar edilib.

“Qoşadaş” strukturu isə Xəzərin Azərbaycan sektorunda, Sumqayıt şəhərindən 20 kilometr şimal-şərqdə yerləşir. 1951-ci ildən etibarən sahədə seysmik kəşfiyyat işləri aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.