İQTİSADİYYAT


“SOCAR Media”nın təşəbbüsü ilə jurnalistlər üçün seminar keçirilib

Bakı, 11 mart, AZƏRTAC

Martın 11-də "SOCAR Tower"də “SOCAR Media”nın təşəbbüsü ilə Azərbaycanda neft-qaz və energetika sahəsində fəaliyyət göstərən jurnalistlər üçün beynəlxalq seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, seminarda Azərbaycandakı informasiya agentlikləri və media qurumlarının əməkdaşları, energetika sahəsində fəal jurnalistlər, habelə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri, eləcə də SOCAR-ın müxtəlif strukturlarında çalışan mətbuat üzrə mütəxəssislər, ümumilikdə 100-dək jurnalist iştirak edib.

SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov seminarın məqsədlərindən danışıb, tanınmış jurnalistlər və beynəlxalq ekspertlər Svenya O’Donnel, Ceyms Qavin, Lourens Dor, Caylz Braunu tədbir iştirakçılarına təqdim edib. Sonra iştirakçılara seminarda dinləniləcək məruzələr, müzakirə olunacaq mövzular haqqında məlumat verilib.

Neft-qaz sahəsi və Yaxın Şərq məsələləri üzrə ixtisaslaşmış jurnalist Ceyms Qavin “Neft-qaz mövzusunda reportajların hazırlanması” adlı təqdimatında bir sıra məsələlərə toxunub: beynəlxalq neft şirkəti nədir və milli neft şirkətlərindən nə ilə fərqlənir, karbohidrogenlərlə bağlı mövzular oxuculara aydın və qısa şəkildə necə izah edilə bilər, neft şirkətlərindən nə soruşmalısınız, reportaj və analitik yazınızın real vəziyyəti düzgün əks etdirdiyinə necə əmin ola bilərsiniz, neft və qaz sahəsinin icraçıları, o cümlədən PR ilə məşğul olan şəxslərlə əlaqələri necə inkişaf etdirməli və sair.

İqtisadi-siyasi mövzularda işləyən jurnalist Svenya O’Donnell yalan xəbərlərlə mübarizədə medianın rolu və geniş auditoriya üçün mürəkkəb mövzularda reportajların hazırlanmasından bəhs edən çıxışında reportajlara inam, onu olduğundan daha yaxşı etmək hissinə müqavimət, adamlara cavab hüququnu vermək, xüsusi mövzuları sadə şəkildə ictimailəşdirmək kimi suallara cavab axtarıb.

Son 8 ildə “Social360”da təbii ehtiyatlar, maliyyə xidmətləri və dövlət sektorları çərçivəsində kompleks onlayn media monitorinq proqramlarına rəhbərlik etmiş Caylz Braun ənənəvi və sosial medianın inkişafı və saxta xəbərlərin artması mövzusunda, "M&S plc"də maliyyə və korporativ PR üzrə direktor vəzifəsini icra etmiş Lourens Dor isə şirkətlər ilə müsbət əlaqələr yaratmağın və neqativ əlaqələrdən yayınmağın yolları haqqında çıxış ediblər.

Hər bir seminarın sonunda müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.