İQTİSADİYYAT


SOCAR: Neft və qazçıxarma idarələrinin əksəriyyətinin elektrik enerjisi ilə təminatında problem olmayıb

Bakı, 3 iyul, Nihad Budaqov, AZƏRTAC

“Azneft” İstehsalat Birliyinin (İB) “28 May” və Nəriman Nərimanov adına neft və qazçıxarma idarələrində (NQÇİ), eləcə də “Bulla-Dəniz” yatağı və “Qalmaz” yeraltı qaz anbarının elektrik enerjisi ilə təminatında problem olmayıb.

Bu barədə AZƏRTAC-a SOCAR-dan bildirilib. Qeyd edilib ki, gecə saatlarında “Abşeronneft”, “Siyəzənneft”, H.Z.Tağıyev adına NQÇİ-lərin və Qaz Anbarlarının İstismarı İdarəsinin elektrik enerjisi ilə təminatında qısamüddətli dayanmalar olub. Lakin sonradan bu aradan qaldırılıb. Səhər saatlarında isə “Bibiheybətneft” və “Ə.Əmirov” adına neft və qazçıxarma idarələrinə elektrik enerjisinin verilməsi tam təmin olunub. Bu vaxt ərzində quyularda heç bir qəza və ya mürəkkəbləşmə olmayıb, hazırda vəziyyət tam nəzarət altındadır.

Qeyd edək ki, iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevirdəki İstilik Elektrik Stansiyasının (İES) yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb və nəticədə Bakının, eləcə də ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.