İQTİSADİYYAT


“SOCAR Polymer” və “SOCAR Karbamid” zavodlarının ümumi istehsal həcmi 11 dəfədən çox artıb

Bakı, 7 iyul, AZƏRTAC

2021-ci ildə “Petkim” və STAR NEZ-də istehsal potensialından istifadə əmsalı müvafiq olaraq 92,6 faiz və 100,8 faizə yüksəlib.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, pandemiya dövrünün çətinliklərinə baxmayaraq, “Petkim” və STAR NEZ-in inteqrasiyalı fəaliyyəti nəticəsində yaradılan güclü sinerji ilə hər iki müəssisə fasiləsiz istehsal prosesinə nail olub, rəqabət qabiliyyətini artırıb. Bununla yanaşı, “SOCAR Polymer” və “SOCAR Karbamid” zavodlarının ümumi istehsal həcmi müvafiq olaraq 44 faiz və 197,3 faiz, ixrac gəlirləri isə 152 faiz və 11 dəfədən çox artıb. Müəssisələrin istehsal əməliyyatlarında tətbiq edilən rəqəmsal texnologiyalar əməliyyat effektivliyinin və gəlir marjalarının yüksəlməsinə əhəmiyyətli təsir göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.