İQTİSADİYYAT
SOCAR Rumıniyadakı yanacaqdoldurma məntəqələrinin sayını artırıb
Buxarest, 7 aprel, AZƏRTAC
Rumıniyanın Rəqabət Şurası hazırda “Aral MTB SRL” şirkətinin nəzdində fəaliyyət göstərən 6 yanacaqdoldurma məntəqəsinin (YDM) istifadə hüququnun SOCAR-ın bu ölkədə törəmə şirkəti olan “SOCAR Petroleum SA”ya keçməsi və “SOCAR” brendi ilə fəaliyyət göstərməsinə icazə verib.
AZƏRTAC xəbər verir ki, beləliklə də SOCAR Arad, Timiş və Sibiu bölgələrində yerləşən YDM-ləri icarəyə götürərək idarə edəcək.
Qeyd edək ki, Rumıniyada investisiya layihələrini uğurla reallaşdıran SOCAR bu ölkənin iri şəhərlərində ilbəil yanacaqdoldurma məntəqəsi şəbəkəsini genişləndirməkdə davam edir. Hazırda SOCAR Rumıniyanın 21 regionu - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Argeş, Bistritsa-Nasaud, Hunedoara, Sibiu, Buxarest, Braşov, Satu-Mare və Craiovada YDM-ə malikdir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [21:03]
“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir
- 28.03.2024 [18:24]
ABB Ağdaş filialını da yeniləyib
- 28.03.2024 [18:20]
Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq
- 28.03.2024 [18:18]