İQTİSADİYYAT


SOCAR San-Marinonun “AASS” şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

San-Marino, 29 noyabr, AZƏRTAC

SOCAR San-Marino Respublikasının İctimai Xidmətlər üzrə Dövlət Şirkəti (“AASS”) şirkəti ilə Anlaşma Memorandumu imzalayıb.

AZƏRTAC xəbər verir ki, SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyovun rəhbərlik etdiyi nümayəndə heyəti San-Marinoda səfərdə olub. Səfər çərçivəsində Xarici İşlər üzrə Dövlət Katibliyinin binasında San-Marinonun enerji məsələlərinə məsul olan dövlət katibi Marco Podeski və “AASS” prezidenti Fedriko Kreşentini ilə görüşlər keçirilib.

Sonda SOCAR və “AASS” arasında Anlaşma Memorandumu imzalanıb. İki şirkət arasında enerji sahəsində əməkdaşlığı nəzərdə tutan sənəd cari ilin mayında San-Marino Respublikasının xarici işlər üzrə dövlət katibi Nikola Renzinin Azərbaycana səfəri zamanı iki ölkənin Xarici İşlər nazirlikləri arasında imzalanmış Anlaşma Memorandumundan irəli gələn ilk addımdır.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

San-Marino

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.