İQTİSADİYYAT


SOCAR: “Star” neft emalı zavodunda işlərin 93 faizi tamamlanıb

Bakı, 19 avqust, AZƏRTAC 

“Star” neft emalı zavodunda işlərin 93 faizi tamamlanıb.

AZƏRTAC SOCAR-a istinadla xəbər verir ki, zavodun 2018-ci ildə fəaliyyətə başlaması planlaşdırılır.

Qeyd edək ki, SOCAR 5,7 milyard dollar kapitalla zavodun tikintisini Türkiyədə, “Petkim” neft-kimya holdinqinin ərazisində həyata keçirir.

Xatırladaq ki, “Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub.

SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları isə belədir: SOCAR - 87 faiz, “Goldman Sachs” - 13 faiz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.