İQTİSADİYYAT


“SOCAR Turkey LNG” şirkətinin satınalma proseduru yekunlaşıb

Bakı, 3 noyabr, AZƏRTAC 

“SOCAR Turkey LNG” şirkətinin səhmlərinin 100 faizinin satınalma proseduru tamamlanıb.

AZƏRTAC “Global Yatırım Holding”ə istinadla xəbər verir ki, “Naturelgaz” şirkəti “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) şirkətinin maye qaz (LNG) və sıxılmış təbii qaz (CNG) paylama əməliyyatlarını təhvil alma prosedurunu tamamlayıb. “Naturelgaz” təhvil-təslim qiyməti olaraq 32 milyon 411 min türk lirəsi ödəyib.

Xatırladaq ki, fevralın 6-da “Naturelgaz” “SOCAR Turkey LNG” şirkətinin səhmlərinin 100 faizini almaq üçün müqavilə imzalayıb.

“Naturelgaz” 2019-cu ildə 167 milyon kubmetr CNG tədarük edib. “SOCAR Turkey LNG”nin isə il ərzində CNG və LNG tədarükü 35,4 milyon kubmetr olub.

Qeyd edək ki, SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.