İQTİSADİYYAT


SOCAR Türkiyədə ən azı 600-700 YDM-i olan şirkət almaq niyyətindədir

Bakı, 8 fevral, AZƏRTAC

“SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) Türkiyədə ən azı 600-700 yanacaqdoldurma məntəqəsindən (YDM) ibarət şəbəkəsi olan şirkət almaq niyyətindədir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə STEAŞ-ın baş direktoru Zaur Qəhrəmanov deyib.

SOCAR-ın İstanbulun yeni hava limanında 9 yanacaqdoldurma stansiyası açacağını deyən Z.Qəhrəmanov bildirib: “Bundan əlavə biz ən azı 600-700 YDM-i olan şirkət almaq niyyətindəyik”.

O qeyd edib ki, SOCAR indiyədək “Star” neft emalı zavoduna 6,3 milyard dollar, “Petlim” limanına 400 milyon dollar, “Petkim” özəlləşdirilməsinə 2 milyard 40 milyon dollar, “Petkim” külək elektrik stansiyasına 55 milyon avro, TANAP boru kəmərinə isə 8 milyard dollar xərcləyib.

Qeyd edək ki, SOCAR 2008-ci ilin mayından Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. SOCAR bu ölkənin ən böyük xarici investoru olmağı hədəfləyir. Bundan başqa, STEAŞ 2023-cü ilədək Türkiyənin ən böyük sənaye şirkəti olmaq niyyətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.