İQTİSADİYYAT


SOCAR “Türkmənistan-2018: neft və qaz” sərgisində iştirak edir

Aşqabad, 21 noyabr, АZƏRTAC

SOCAR Aşqabadda işə başlayan “Türkmənistan-2018: neft və qaz” sənaye forumu və sərgisində iştirak edir.

AZƏRTAC xəbər verir ki, sərgidə 30 ölkəni 50-dək neft-qaz şirkəti təmsil edir. Sərgidə “Petronas”, “Total”, “Dragon Oil”, “Eni”, “CNPC”, “Liebherr”, “Татнефть” kimi şirkətlər də öz stendlərini nümayiş etdirir. Sərgidə əsas diqqət yenilənən enerji mənbələri sahəsində eko-innovasiyalara və perspektivli inkişaflara, müəssisələrdə ekoloji təhlükəsizliyin yaxşılaşdırılmasına yönəldilib.

Forumda (OGT-2018) isə 40-dan çox ölkənin ən böyük neft-qaz şirkətlərinin 500-ə yaxın nümayəndəsi iştirak edir. Tədbirdə neft-qaz sənayesində, eləcə də metallurgiya, kimya, mühəndislik sahəsində, energetika sənayesində fəaliyyət göstərən şirkət və müəssisələrin nümayəndələri öz məhsullarını nümayiş etdirməklə yanaşı, əməkdaşlıq əlaqələrini genişləndirmək və işgüzar əlaqələrin səmərəliliyinin artırılmasını müzakirə edirlər. Forum çərçivəsində keçirilən plenar iclaslarda neft və qazın qlobal enerji bazarında tendensiyaları, istehsalı, emalı sahəsində beynəlxalq əməkdaşlıq və ixrac perspektivləri müzakirə olunur. Forum və sərgi noyabrın 23-dək davam edəcək.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aşqabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.