İQTİSADİYYAT


SOCAR “Türkmənistan–2018: neft və qaz” sərgisinin diplomuna layiq görülüb

Bakı, 26 noyabr, AZƏRTAC

SOCAR Aşqabadda keçirilən “Türkmənistan-2018: neft və qaz” beynəlxalq sərgi və konfransının “Sərgi stendinin və reklam materialının ən yaxşı tərtibatına görə” 4-cü dərəcəli diplomuna layiq görülüb.

AZƏRTAC Türkmənistanın neft-qaz kompleksinin “NEBIT-QAZ” elektron qəzetinə istinadla xəbər verir ki, diplom SOCAR-ın şöbə rəisinin müavini Rasim Vəliyevə təqdim olunub.

“Türkmənistan–2018: neft və qaz” beynəlxalq sərgi və konfransında 42 ölkədən energetika məsələləri üzrə 330-dan çox ekspert, 161 aparıcı neft-qaz şirkəti, beynəlxalq təşkilatlar və maliyyə institutlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.