İQTİSADİYYAT


“SOCAR Ukrayna” ticarət evi ölkəyə 250 milyon kubmetr təbii qaz idxal edib

Kiyev, 24 iyul, AZƏRTAC

Cari ilin birinci yarısında “SOCAR Ukrayna” ticarət evi ölkəyə 250 milyon kubmetr təbii qaz idxal edib.

AZƏRTAC şirkətin mətbuat xidmətinin məlumatına istinadla bildirir ki, bu rəqəm 2017-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə təxminən dörd dəfə çoxdur. Beləliklə, SOCAR Ukraynaya qaz idxalının həcminə görə kommersiya şirkətləri arasında liderlik edir.

Qeyd etmək lazımdır ki, treyder satın alınmış qaz ehtiyatlarını həm məişət istehlakçılarına, həm də iri biznes strukturlarına göndərir.

“SOCAR Energy Ukraine” şirkətinin baş direktoru Elçin Məmmədov deyib: “Biz təbii qaz idxalını bundan sonra da artırmağı və bazarda öz iştirakımızı genişləndirməyi planlaşdırırıq. SOCAR vicdanlı və etibarlı tərəfdaşdır. Bu isə Ukrayna üçün böyük əhəmiyyət kəsb edir. Ona görə bizə etimad göstərirlər. Bizim fəal irəliləyişimiz sübut edir ki, enerji bazarı biznes üçün daha açıq olub”.

“SOCAR Ukrayna” ticarət evi MMC Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə nümayəndəliyi olan SOCAR Şirkətlər Qrupuna daxildir. Neft məhsullarının xırda və iri topdansatış istiqamətini inkişaf etdirən bu MMC 2017-ci ildən təbii qaz bazarına çıxıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.