İQTİSADİYYAT
SOCAR bu il 419 milyon manat borc alıb
Bakı, 9 iyul, AZƏRTAC
SOCAR cari ildə 419 milyon manat borc götürüb.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın 2017-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatında deyilir. Bildirilir ki, hesabat tarixindən sonrakı dövr ərzində − 2018-ci ilin martında SOCAR və onun törəmə müəssisələri Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 102 milyon manat (60 milyon ABŞ dolları) və 98 milyon manat məbləğlərində müvafiq olaraq, qısamüddətli və uzunmüddətli borclar götürüb.
Hesabat tarixindən sonraki dövr ərzində şirkət və törəmələri bir neçə yerli Gürcüstan banklarından 156 milyon manat (239 milyon GEL) və 16 milyon manat (24 milyon GEL) məbləğlərində müvafiq olaraq, qısamüddətli və uzunmüddətli borclar götürüb.
SOCAR və onun törəmə müəssisələri bir neçə beynəlxalq bankdan Karbamid zavodu üçün 47 milyon manat (23 milyon avro) məbləğində borc tranşı qəbul edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]