İQTİSADİYYAT


SOCAR bu vaxtadək Türkiyəyə yatırdığı investisiyanın həcmini açıqlayıb

Bakı, 3 oktyabr, Nihad Budaqov, AZƏRTAC

SOCAR indiyədək Türkiyəyə 14,2 milyard dollar investisiya yatırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) xarici əlaqələr üzrə departamentinin rəhbəri Murat LeCompte deyib.

“10 ildə Türkiyəyə 14,2 milyard dollar investisiya yatırmışıq”, - deyə M.LeCompte bildirib.

Onun sözlərinə görə, 2020-ci ilə qədər şirkətin satınalma və birləşmə kimi planı yoxdur: “Hazırkı dövr üçün prioritetimiz neftayırma və neft-kimyadır”.

Qeyd edək ki, SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. SOCAR 2020-ci ilədək Türkiyəyə 19,5 milyard dollar investisiya yatıraraq bu ölkənin ən böyük xarici investoru olmağı hədəfləyir. Bundan başqa, STEAŞ 2023-cü ilədək Türkiyənin ən böyük sənaye şirkəti olmaq niyyətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.