İQTİSADİYYAT
SOCAR-da akademik Vaqif Abbasov ilə görüş
Bakı, 19 sentyabr, AZƏRTAC
SOCAR-ın İnsan Resursları Departamentinin rəhbər işçiləri və Xarici Təqaüd Proqramı çərçivəsində xaricdə təhsil almış gənc mütəxəssislər ilə akademik, Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasovla görüş-seminar keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, seminarda akademik V.Abbasov “İnsan resurslarının idarə edilməsində liderlik faktorunun rolu” mövzusunda geniş təqdimatla çıxış edib, liderliyin tarixi, fəlsəfəsi barədə məlumat verib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin fenomenal şəxsiyyəti və liderlik fəlsəfəsi, digər liderlərin şəxsiyyəti barədə söhbət açılıb. Həmçinin liderliyin 21 prinsipinin insan resursları sahəsində necə tətbiq oluna biləcəyi izah olunub. Bildirilib ki, insan resurslarının idarə edilməsi sahəsində mühüm meyarları liderlik keyfiyyətlərinə əsaslanır.
Tədbirin sonunda akademik iştirakçıların suallarını cavablandırıb və SOCAR-ın İnsan Resursları Departamentinin əməkdaşlarına uğurlar arzulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]