İQTİSADİYYAT


SOCAR ikinci rübdə 1,9 milyon tondan çox neft və 1,7 milyard kubmetrədək təbii qaz çıxarıb

Bakı, 17 iyul, AZƏRTAC

SOCAR ikinci rübdə 1,9 milyon tondan çox neft və 1,7 milyard kubmetrədək təbii qaz hasil edib.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, bu ilin ikinci rübündə SOCAR öz imkanları hesabına müstəqil olaraq 1,9 milyon tondan çox neft, 1,7 milyard kubmetrədək təbii qaz hasil edərək hasilat səviyyəsini əvvəlki ilin müvafiq dövrünə nisbətən sabit saxlamağa nail olub.

Şirkətin istismar etdiyi neft və qaz yataqlarında hasilat səviyyəsinin sabit qalması üçün həyata keçirilən kompleks tədbirlər planının icrası davam etdirilib, istismardan çıxarılmış bir sıra köhnə quyuların fəaliyyəti bərpa olunub, yeni quyular qazılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.