İQTİSADİYYAT


SOCAR ikinci rübdə ixrac etdiyi neft, təbii qaz, neft və neft-kimya məhsullarının həcmini açıqlayıb

Bakı, 17 iyul, AZƏRTAC

SOCAR cari ilin ikinci rübündə ixrac etdiyi xam neft, təbii qaz, neft və neft-kimya məhsullarının həcmini açıqlayıb.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə SOCAR tərəfindən “Azəri-Çıraq-Günəşli” üzrə mənfəət nefti də daxil olmaqla 4,9 milyon ton xam neft, 172 milyon kubmetrdən çox təbii qaz, 604 min tondan artıq neft və neft kimya məhsulları ixrac edilib.

Xam neftin ixracında azalma müşahidə edilsə də, neft və neft kimya məhsullarının ixracında 48 faiz artım qeydə alınıb. Bu isə xam neftin və qazın ixracında azalmaya səbəb olan amillərdən birinin də daha çox məhsulun emala yönəlməsi olduğunu göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.