İQTİSADİYYAT
SOCAR ilə BP-nin Türkiyədəki yeni neft-kimya müəssisəsi 1,8 milyard dollara başa gələcək
Bakı, 29 aprel, AZƏRTAC
SOCAR ilə BP-nin birgə Türkiyədə inşa etməyi planlaşdırdığı yeni neft-kimya müəssisəsinin təməli bu ilin sonu və ya 2020-ci ildə qoyulacaq.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə SOCAR-ın Sərmayələr İdarəsinin rəisi, “SOCAR Turkey”in direktorlar şurasının sədri Vaqif Əliyev deyib.
O qeyd edib ki, təqribən 1,8 milyard dollar investisiya dəyəri olan bu layihə Türkiyədəki digər layihələrimiz kimi önəmlidir. Müəssisə istismara verildiyi zaman Türkiyənin illik təxminən 1 milyon tonluq təmizlənmiş tereftal turşusu (PTA) idxalı sıfıra enəcək. Paraksilol (PX) məhsulları üzrə idxal edilən 800 min tonluq məhsul isə Türkiyədə istehsal ediləcək. Yeni zavodun 2023-cü ildə istifadəyə verilməsi gözlənilir.
Xatırladaq ki, ötən il dekabrın 20-də BP və “SOCAR Turkey” (STEAŞ) Türkiyədə dünya miqyaslı neft-kimya kompleksinin tikilməsi və onun idarəçiliyinin həyata keçirilməsi üçün birgə müəssisə yaradılması planlarının dəyərləndirilməsinə dair saziş prinsiplərini imzalayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]