ELM VƏ TƏHSİL


SOCAR-ın Elm Fondu qrant müsabiqəsinin nəticələrini açıqlayıb

Bakı, 25 yanvar, AZƏRTAC

SOCAR-ın Elm Fondu 2021-ci il üçün qrant müsabiqəsinin nəticələrini açıqlayıb.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, SOCAR-ın Elm Fondu AMEA-da neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual elmi və texnoloji problemlərin tədqiqi ilə məşğul olan alimlərin və yaradıcı kollektivlərin fəaliyyətini dəstəkləmək, onlara əlavə yaradıcılıq imkanları yaratmaq, elmi və innovativ tədqiqat işlərini stimullaşdırmaq məqsədilə 2021-cu il üçün növbəti qrant müsabiqəsi elan edib. Müsabiqəyə 76 layihə təqdim olunub. Təqdim olunan layihələrin ekspertizası məqsədilə yeni tərkibdə müsabiqə komissiyası yaradılıb və Elm Fondunun əsasnaməsinə uyğun olaraq layihələrin ekspertizası təşkil edilib.

Müsabiqə komissiyasının və ekspertlərin yekun rəyləri nəzərə alınaraq, SOCAR-ın Elm Fondunun İdarə Heyətinin 2022-ci il 5 yanvar tarixli qərarı ilə 25 elmi-tədqiqat qrant layihəsi müsabiqənin qalibi elan olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.