CƏMİYYƏT


SOCAR-ın Gürcüstan nümayəndəliyi bu ölkədəki azərbaycanlılara yardımları davam etdirir

Tbilisi, 25 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyi bu ölkədəki azərbaycanlılara yardımları davam etdirir.

AZƏRTAC xəbər verir ki, SOCAR-ın Gürcüstan nümayəndəliyi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə Marneuli, Bolnisi, Qardabani, Rustavi və Kaxetidə yaşayan fiziki qüsurlu şəxslərə əlil arabaları təqdim edib. Ümumilikdə fiziki məhdudiyyətli şəxslərə yardım məqsədilə 40 ədəd əlil arabası təqdim olunub.

Gürcüstanda yaşayan fiziki qüsurlu soydaşlarımıza 3 dekabr - Beynəlxalq Əlillər Günü ilə əlaqədar da 20 əlil arabası hədiyyə edilmişdi.

Gürcüstan Azərbaycanlıları Əlillər Assosiasiyasının sədri Rövşən Əliyev və yardım alan şəxslər Azərbaycan dövlətinə və SOCAR rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.