İQTİSADİYYAT
SOCAR-ın Gürcüstandakı Kiziki neft bazasının tikintisinin birinci mərhələsi üzrə işlər başa çatmaq üzrədir
Bakı, 5 sentyabr, AZƏRTAC
SOCAR-ın prezidenti Rövnəq Abdullayev Gürcüstana səfəri çərçivəsində “SOCAR Georgia Petroleum” törəmə müəssisəsinin Kiziki neft bazasının tikintisinə baş çəkib, burada aparılan inşaat işləri ilə tanış olub.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şirkətin Gürcüstandakı neft məhsulları dövriyyəsinin artırılması, məhsulların qəbulu, saxlanılması və yola salınması işinin daha effektli qurulması məqsədilə Tbilisi şəhəri əhatəsində belə bir neft bazasının tikilməsinə ehtiyac yaranıb. Ümumi sahəsi 44 min 492 kvadratmetr olan bu obyektdə 7 adda neft məhsullarının saxlanılması üçün 22 sıxılmış qaz həcmlərinin saxlanılması üçün 20 rezervuarın, 2 dəmir yolu xəttinin və zəruri infrastrukturun yaradılması nəzərdə tutulub. Tikinti mərhələli şəkildə həyata keçirilir. Artıq birinci mərhələdə yaradılması planlaşdırılan obyektlərin inşası başa çatmaq üzrədir.
R.Abdullayev görülən işlərlə tanış olub, inşaatın gedişinin qənaətləndirici olduğunu söyləyib, aidiyyəti qurum və şəxslərə konkret tapşırıqlar verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]