İQTİSADİYYAT
SOCAR-ın Gürcüstandakı kommersiya fəaliyyətinin strateji istiqamətləri müzakirə olunub
Tbilisi, 27 sentyabr, AZƏRTAC
SOCAR-ın prezidenti Rövnəq Abdullayev Gürcüstanın Baş Naziri Giorgi Qaxaria ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı, SOCAR-ın bu inkişafa verdiyi töhfələr, eləcə də şirkətin Gürcüstandakı kommersiya fəaliyyətinin strateji istiqamətləri müzakirə edilib.
SOCAR-ın rəhbərliyi, həmçinin Marneuli rayonunun ağsaqqalları və yerli icma nümayəndələri ilə də görüşüb. Görüşdə SOCAR-ın Gürcüstanda həyata keçirdiyi sosial layihələr barədə müzakirə aparılıb, Gürcüstanın Azərbaycan icmasının sosial problemləri, o cümlədən qonşu ölkədə təhsil alan yerli azərbaycanlıların təhsil sahəsində üzləşdiyi problemlərdən və həlli yollarından söhbət açılıb, ağsaqqalların təklifləri dinlənilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]