İQTİSADİYYAT


SOCAR-ın Kiyevdə daha bir yanacaqdoldurma məntəqəsi fəaliyyətə başlayıb

Kiyev, 4 fevral, AZƏRTAC

Ukraynanın paytaxtı Kiyevdə SOCAR şirkətinə məxsus yeni yanacaqdoldurma məntəqəsi (YDM) fəaliyyətə başlayıb.

Bu barədə AZƏRTAC-a məxsusi olaraq SOCAR-ın Ukraynadakı törəmə şirkəti “SOCAR Energy Ukraine”dən məlumat verilib.

Yeni yanacaqdoldurma məntəqəsi avtomobillərin daha intensiv hərəkət etdiyi Stepan Bandera prospekti 36-da yerləşir. Bununla da “SOCAR Energy Ukraine”nin Kiyevdə yanacaqdoldurma məntəqələrinin sayı 13-ə çatıb. Yeni komplekslərin üstün cəhəti onların xüsusi dizaynla müasir sənaye üslubunda tikilməsidir. Burada hər şey SOCAR-ın ənənəsinə uyğun olaraq beton, şüşə və metal konstruksiyaların vəhdətindən ibarətdir. Yanacaqdoldurma məntəqəsində “98 Nano”, “95 Nano”, “95”, “ДТ Nano Extro”, “ДТ Nano” və qaz yanacaq növləri satılır.

Bu il ərzində, həmçinin Xarkov və Dnepr şəhərlərində də yeni yanacaqdoldurma kompleksləri açılacaq.

Qeyd edək ki, “SOCAR Energy Ukraine” SOCAR-ın törəmə şirkətidir. SOCAR-ın Ukraynadakı nümayəndəliyi 2008-ci ildə açılıb. Hazırda premium-klass yanacaqdoldurma məntəqələri şəbəkəsinə 60 kompleks və 4 neft bazası daxildir, onlar Ukraynanın 11 vilayətində fəaliyyət göstərir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.