İQTİSADİYYAT


SOCAR-ın Metanol zavodunda audit keçirilib

Bakı, 22 sentyabr, AZƏRTAC

SOCAR-ın struktur bölmələrinin fəaliyyətlərini beynəlxalq standartların tələblərinə uyğunlaşdırmaq və müvafiq olaraq sertifikatlaşdırma proqramını təmin etmək məqsədilə növbəti audit Metanol zavodunda keçirilib.

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsindən AZƏRTAC-a bildirilib ki, İdarənin mütəxəssislər qrupu tərəfindən keçirilən audit yoxlaması zamanı zavodda ISO 9001:2015, ISO 14001:2015, ISO 45001:2018, ISO 50001:2018 standartlarının tələblərinə uyğun qurulmuş idarəetmə sistemlərinə baxış keçirilib.

Metanol məhsulunun istehsalı prosesini izləyən mütəxəssislər məhsulun uyğunluğunun təmin edilməsi üzrə analizlərin aparıldığı Mərkəzi Laboratoriyanın akkreditasiya sənədləri ilə də yaxından tanış olub, sistemlərin inkişafına xidmət edəcək təklifləri qarşı tərəfin diqqətinə çatdırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.