İQTİSADİYYAT


SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları maaşlarının 10 faizini “YAŞAT” Fonduna köçürüblər

Bakı, 18 yanvar, AZƏRTAC

SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları maaşlarının 10 faizini “YAŞAT” Fonduna köçürüblər.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, SOCAR Azərbaycanın iqtisadi inkişafındakı aparıcı rolu ilə yanaşı, ölkəmizin ictimai həyatında bir çox sosial layihələrə davamlı dəstəyini hər zaman nümayiş etdirməkdədir. Şirkətin strukturuna daxil olan digər müəssisələr kimi Təhlükəsizlik İdarəsi də, ötən il ərzində sosial layihələrin aktiv iştirakçısı olub. İdarənin əməkdaşlarının və Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə Prezident İlham Əliyevin Fərmanı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılan “YAŞAT” Fonduna idarənin əməkdaşları tərəfindən könüllü olaraq 2020-ci ilin dekabr ayı üzrə vəzifə maaşlarının 10 faizi həcmində, 69 min 983 manat vəsait köçürüb.

2020-ci ildə COVID-19-la mübarizə tədbirləri çərçivəsində yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna Təhlükəsizlik İdarəsinin işçiləri tərəfindən 15 min 672 manat, Silahlı Qüvvələrə Yardım Fonduna isə 40 min 650 manat məbləğində vəsait köçürülüb.

Qeyd edək ki, Təhlükəsizlik İdarəsinin 56 əməkdaşı torpaqlarımızın işğaldan azad olması uğrunda gedən Vətən müharibəsində iştirak edib. Onlardan 3-ü şəhidlik zirvəsinə yüksəlib, 3-ü isə qazi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.