İQTİSADİYYAT


SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin təlim mərkəzlərinə şagird qəbulu başlayıb

Bakı, 8 iyun, AZƏRTAC

SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) təlim mərkəzlərinə şagird qəbulu üzrə müsabiqə elan edib.

AZƏRTAC SOCAR-a istinadla xəbər verir ki, müsabiqəyə Azərbaycan Respublikası vətəndaşı, bu il sentyabrın 15-dək 29 yaşı tamam olmayan, orta ixtisas, ilk peşə-ixtisas və ya tam orta təhsili olan (hazırda təhsilini davam etdirən və ali təhsili olan gənclər müraciət edə bilməzlər) və hərbi bileti olan (kişilər üçün, həqiqi hərbi xidmət keçməsindən asılı olmayaraq) şəxslər müraciət edə bilər.

Müraciətlər elektron formada qəbul olunur. Tələb olunan sənədlər və qaydalar haqqında məlumatı http://new.socar.az/khs/upload/sayt%20uchun/ttm/khtm/index-khtm.html  linki vasitəsilə “Qəbul qaydaları” bölməsindən, elektron müraciət formasını isə “Müraciət et” bölməsində doldurmaq olar. Qəbul haqqında hər hansı bir sualı olan vətəndaşlar [email protected]  elektron poçt ünvanına yaza bilərlər. Müraciət üçün son tarix iyunun 21-i saat 17:00-dur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.