QAN YADDAŞI
SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrində Xocalı soyqırımına dair videoçarx yayımlanır
Kiyev, 27 fevral, AZƏRTAC
Fevralın 23-dən Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı SOCAR-ın Ukrayna ərazisində yerləşən yanacaqdoldurma məntəqələrində soyqırıma dair videoçarx yayımlanır.
AZƏRTAC xəbər verir ki, videoçarxda XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı haqqında maarifləndirici məlumatlar, soyqırıma dair fotolar, rəqəmlər yer alıb.
“SOCAR Energy Ukraine” şirkəti hesab edir ki, bu təbliğat vasitəsilə yanacaqdoldurma məntəqələrinə gələn insanlar Xocalı soyqırımı haqqında həqiqətləri öyrənə bilirlər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.02.2024 [16:41]
Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub
- 28.02.2024 [17:00]
Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir
- 28.02.2024 [02:18]