CƏMİYYƏT


SOCAR-ın mədən ərazilərində 109 minədək müxtəlif növ ağaca aqrotexniki xidmətlər göstərilir

Bakı, 9 oktyabr, AZƏRTAC

SOCAR-ın mədən ərazilərində 108 min 860 ədəd müxtəlif növ ağac və bəzək kollarına aqrotexniki xidmətlər göstərilir.

“Ekol Mühəndislik Xidmətləri” QSC-dən AZƏRTAC-a bildirilib ki, SOCAR-ın fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair təsdiq olunmuş tədbirlər planı çərçivəsində QSC-nin həyata keçirdiyi layihələrdən biri də “Azneft” İstehsalat Birliyinin neft və qazçıxarma idarələrinin (NQÇİ) reabilitasiya olunmuş mədən ərazilərində yaşıllıqlara aqrotexniki xidmətlərin göstərilməsi layihəsidir. Hazırda payız mövsümü ilə əlaqədar QSC-nin torpaqların rekultivasiyası departamenti SOCAR-ın qaz emalı zavodunun ərazisində 11 min 877 ədəd, “Azneft” İB-nin “BibiHeybətneft” NQÇİ-nin ərazisində 57 min 63 ədəd, “Abşeronneft” NQÇİ-nin ərazisində 35 min 500 ədəd və H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazilərində isə 4 min 420 ədəd müxtəlif növ ağac və bəzək kollarına aqrotexniki xidmətlər göstərir. Departamentin 1-ci və 2-ci sahəsinin əməkçilərinin göstərdiyi aqrotexniki xidmətlər, yaşıllıq sahələrinin damcı və mexaniki üsulla suvarılması bitkilərin normal inkişafını təmin edir. Bütün bunlarla yanaşı, “BibiHeybətneft” NQÇİ-nin mədən ərazisində quraşdırılmış istixanada yetişdirilən çoxsaylı müxtəlif növ ağac tinglərinə departamentin yaşıllaşdırma üzrə 2-ci sahəsinin işçiləri tərəfindən qulluq edilir.

Hazırda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin ərazilərində payız mövsümü ilə əlaqədar yaşıllıq sahələrinin genişləndirilməsi və aqrotexniki xidmətlərin göstərilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.