İQTİSADİYYAT


SOCAR-ın nümayəndələri TAP-ın tikinti ərazisində olublar

Bakı, 25 sentyabr, AZƏRTAC 

“SOCAR Midstream Operations” MMC tərəfindən idarə və istismar olunan “AzTAP GmbH” şirkətinin nümayəndələri “TAP AG” Direktorlar Şurasının iclasında iştirak ediblər.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, daha sonra nümayəndələr TAP-ın tikinti ərazisinə daxil olan Qərbi Makedoniya və Yunanıstana səfər edib, Pella bölgəsində kəmərin inşaat prosesinə baxış keçirib, avtomatlaşdırılmış qaynaq və boru kəmərinin xəndəyə endirilməsi işlərini müşahidə ediblər.

SOCAR-ın təmsilçilərinin Mədəni İrs Tapıntısı sahəsinə də səfəri təşkil olunub.

Qeyd edək ki, hazırda TAP layihəsinin Yunanıstan üzrə inkişafı 52,8 faiz və ümumilikdə isə 57 faiz təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.