İQTİSADİYYAT
SOCAR-ın prezidenti “Star” NEZ-də çalışan azərbaycanlı mütəxəssislərlə görüşüb
Bakı, 19 oktyabr, AZƏRTAC
SOCAR-ın prezidenti Rövnəq Abdullayev şirkətin 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi “Star” neft emalı zavodunda (NEZ) çalışan azərbaycanlı mütəxəssislərlə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
“Əliağa yarımadasında nəhəng layihəmiz “Star” neft emalı zavodunun açılışı ərəfəsində SOCAR-ın rəhbərliyi burada çalışan gənc azərbaycanlı mütəxəssislərlə görüşüb. Daha əvvəl yüksək qiymətlərlə Bakı Ali Neft Məktəbini (BANM) bitirən gənc azərbaycanlılar indi SOCAR-ın Türkiyədəki müəssisələrində çalışaraq dəyərli təcrübə əldə edirlər. Gəncləri Müstəqillik Günü münasibətilə təbrik edən SOCAR-ın prezidenti bu gənclərin inkişafı üçün yaradılan şəraitin məhz müstəqilliyimizin əldə edilməsi sayəsində mümkün olduğunu vurğulayıb”, - deyə şirkətin məlumatında bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]