İQTİSADİYYAT


SOCAR-ın prezidenti Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşüb

Bakı, 12 oktyabr, AZƏRTAC

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) məlumatı yayıb.

Bildirilir ki, görüşdə SOCAR-ın prezidenti türkiyəli nazirə şirkətin bu ölkədəki investisiyaları və gələn həftə açılışı olacaq “Star” neft emalı zavodu barədə (NEZ) məlumat verib.

Qeyd edək ki, SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi “Star” neft emalı zavodu oktyabrın 19-da istifadəyə veriləcək.

SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. STEAŞ 2023-cü ilədək Türkiyənin ən böyük sənaye şirkəti olmağı hədəfləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.