İQTİSADİYYAT


SOCAR-ın prezidenti “Türkmənistanın nefti və qazı 2019” konfransında iştirak edir

Aşqabad, 22 oktyabr, AZƏRTAC

Aşqabadda “Türkmənistanın nefti və qazı 2019” konfransı isə başlayıb. Konfrans çərçivəsində keçirilən “OGT-EXPO” sərgisində ən böyük yerli və xarici şirkətlər neft-qaz quyularının kəşfiyyatı və işlənməsi, karbohidrogenlərin hasilatı, daşınması və emalı, logistika və nəqli sahəsində yerli istehlakçılara deyil, dünya bazarına da öz imkanlarını təqdim edirlər.

AZƏRTAC xəbər verir ki, “Türkmənistanın nefti və qazı 2019” konfransında SOCAR-ın prezidenti Rövnəq Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edir.

Sərgidə SOCAR, “Dragon Oil” (BƏƏ), “Petronas” (Malayziya), “CNPC” (Çin), “Sumimoto Corporation” (Yaponiya), “Tatneft” (Rusiya), “Çalık Enerji” (Türkiyə), “Schlumberger”, “GESSCON GmbH” (Almaniya) və bu sahənin iri şirkətləri iştirak edir.

Builki sərgidə əsas diqqət neft-qaz və kimya sahələrinə yönəldilib. Sərgidə yerli şirkətlər beynəlxalq əməkdaşlığın təbii ehtiyatların hasilatında deyil, daha çox istehlakçılar tərəfindən tələb olunan yüksək dəyərə malik məhsulların istehsalında daha geniş vüsət almasına diqqət yetiriblər.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aşqabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.