ELM VƏ TƏHSİL


SOCAR-ın vitse-prezidentləri AMEA YT Parkın məhsulları ilə tanış olublar

Bakı, 20 may, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov və strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) istehsal prosesi ilə tanış olublar.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə YT Parkın Strateji Elmi Analitik Sınaq Mərkəzinə baxış olub. Mərkəzin müdiri, kimya üzrə fəlsəfə doktoru Arzu Əlizadə tərəfindən laboratoriyanın avadanlığı, imkanları və burada göstərilən xidmətlər barədə məlumat verilib.

Qonaqlar daha sonra YT Parkın rezidentləri - AMEA Təcrübə Sənaye Zavoduna və “Millers Oils Azerbaijan” MMC-nin istehsal sahəsinə gedərək hazır məhsullarla tanış olublar. Həmçinin YT Parkın digər rezidenti “Elm və Texnologiya Parkı” MMC tərəfindən istehsal olunan dronlar və pilotsuz uçuş aparatları barədə məlumat alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.