İQTİSADİYYAT


SOCAR istiqrazlarının 5 illik tədavül müddəti yekunlaşıb

SOCAR istiqrazlarının 5 illik tədavül müddəti yekunlaşıb

Bakı, 20 oktyabr, AZƏRTAC

Azərbaycan kapital bazarında investorların ən çox tələbat göstərdiyi korporativ qiymətli kağız olan SOCAR istiqrazlarının 5 illik tədavül müddəti yekunlaşıb.

“SOCAR Capital”dan AZƏRTAC-a bildirilib ki, istiqrazların 20-ci və sonuncu kupon ödənişi nəticəsində 1 milyon 250 min dollarlıq faiz gəliri, eyni zamanda 100 milyon dollarlıq əsas məbləğ istiqraz sahiblərinin hesablarına köçürülüb. Bununla da investorların yekun qazancı 25 milyon dollara çatıb.

2016-cı ildə buraxılmış SOCAR istiqrazları tədavül müddəti boyunca bir çox uğura imza atıb. Abunə yazılışı dövründə istiqrazlara iki dəfədən artıq tələb gəlib, təkrar bazar əməliyyatlarının həcmi 202 milyon dolları üstələyib, 2500-dən artıq əqd bağlanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.