İQTİSADİYYAT
SOCAR iyulda dövlət büdcəsinə 128 milyon 954 min manat vəsait ödəyib
Bakı, 8 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən cari ilin iyul ayında dövlət büdcəsinə 128 milyon 954 min manat vəsait ödənilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu göstərici 2016-cı ilin iyul ayı ilə müqayisədə 1 milyon 755 min manat və ya 101,4 faiz çoxdur.
Ümumiyyətlə, cari ilin yanvar-iyul aylarında şirkət büdcəyə 914 milyon 566 min manat vəsait ödəyib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 125 milyon 625 min manat və ya 115,9 faiz çoxdur.
Bundan əlavə, bu ilin iyul ayında Dövlət Sosial Müdafiə Fonduna SOCAR tərəfindən 12 milyon 959 min manat vəsait köçürülüb. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 875 min manat və ya 107,2 faiz çoxdur. Cari ilin yanvar-iyul aylarında isə SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 87 milyon 251 min manat təşkil edib ki, bu da 2016-cı ilin yanvar-iyul ayları ilə müqayisədə 5 milyon 635 min manat və ya 106,9 faiz çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]