SOCAR keçənilki neft hasilatı planını 101,3 faiz yerinə yetirib
AzerTAg.az
Bakı, 3 dekabr, AZƏRTAC
SOCAR ötən il neft hasilatı planını 101,3 faiz yerinə yetirib.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin 2019-cu ilə dair “Davamlı inkişaf üzrə illik hesabat”ında deyilir.
Hesabata görə, SOCAR ölkə hüdudlarında və eləcə də Xəzər dənizinin Azərbaycana aid olan hissəsində hesabat ilində proqnozu 99,3 min ton çox və ya 101,3 faiz yerinə yetirməklə ümumilikdə 7 milyon 683,1 min ton neft (kondensatla birgə) hasil edib. Bu həcmin 6 milyon 346,3 min tonu “Azneft” İstehsalat Birliyinin, 1 milyon 336,8 min tonu isə şirkətin payçı olduğu yataqların payına düşüb.
İl ərzində quru və dəniz sahələrində ümumilikdə 84 yeni hasilat quyusu, fəaliyyətsiz quyu fondundan isə 84 quyu təmir edilib istismara təhvil verilib.
Qeyd edək ki, 2017-ci ildə şirkətin neft istehsalı 7 milyon 427,1 min ton, 2018-ci ildə isə 7 milyon 542,3 min ton olub.

Xəbərin mətnində orfoqrafik səhv var