İQTİSADİYYAT


SOCAR ötən il 2,4 milyon ton neft emalı və neft-kimya məhsulları ixrac edib

Bakı, 18 yanvar, AZƏRTAC

SOCAR-ın keçən il ərzində neft emalı və neft-kimya məhsullarının ixracı (polimerlərlə birlikdə) təqribən 2,4 milyon ton təşkil edib.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, “SOCAR Polymer” şirkəti tərəfindən müxtəlif çeşiddə yüksəksıxlıqlı polietilen və polipropilen olmaqla 132,5 min ton polimer məhsulu ixrac edilib, bu da 2019-cu illə müqayisədə 58 faiz çoxdur.

Azərbaycanda istehsal olunan polimer məhsullarının əsas ixrac bazarları Rusiya, Türkiyə və Çindir. “SOCAR Polymer” 2020-ci ildə Rusiyanın ən böyük polipropilen idxalçısı olub. İl ərzində polimer məhsullarının Avstriya, Rumıniya və Gürcüstan bazarında satışına da başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.