İQTİSADİYYAT


SOCAR prezidenti Rövşən Nəcəf “Fortescue Metals Group”un sədri və təsisçisi ilə görüşüb

Bakı, 18 avqust, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Fortescue Metals Group”un sədri və təsisçisi Endrü Forest ilə görüşüb.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Endrü Forest “Fortescue Metals Group”un törəmə müəssisəsi olan “Fortescue Future Industries” (FFI) şirkətinin bərpaolunan enerji, yaşıl hidrogen, ammonyak və sintetik metan kimi dayanıqlı yanacaq sahələrindəki fəaliyyəti və əldə etdiyi nailiyyətlərdən bəhs edib, sözügedən şirkətin Azərbaycanda da bu istiqamətdə fəaliyyət göstərməkdə maraqlı olduğunu bildirib.

Rövşən Nəcəf SOCAR-ın dekarbonizasiya və bərpaolunan enerji sahələrindəki hədəfləri, həmçinin bu istiqamətdə atılan addımlar barədə məlumat verib.

Söhbət zamanı tərəflər arasında mövcud neft-qaz və neft-kimya əməliyyatlarının dekarbonizasiyası, Azərbaycanda “yaşıl enerji” əməliyyatlarının genişləndirilməsi məqsədilə FFI-nin SOCAR-ın mövcud obyektlərindən və infrastrukturundan istifadəsi, həmçinin digər istiqamətlərdə potensial əməkdaşlıq imkanları müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.