CƏMİYYƏT


SOCAR qanvermə aksiyasına qoşulub

Bakı, 19 iyun, AZƏRTAC

SOCAR-ın idarə və müəssisələri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində qanvermə təşəbbüsünə böyük ruh yüksəkliyi ilə qoşulub.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, rəhbərliyin göstərişi əsasında SOCAR-ın baş ofisində və şirkətin strukturuna daxil olan qurumlarda “Donor günü” aksiyası ilə əlaqədar qrafik tərtib edilib. B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu ilə razılaşdırıldıqdan sonra talassemiyalı xəstələr üçün qanvermə prosesi uğurla həyata keçirilib. SOCAR-ın ənənəvi olaraq atdığı bu xeyirxah addım Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən yüksək qiymətləndirilib, şirkət aksiyanın öncül təşkilatı kimi mərkəz tərəfindən təltif edilib.

SOCAR-ın kollektivi “Qan ver, həyat xilas et!” devizi ilə keçirilən hemofiliya və talassemiyalı xəstələr üçün qanvermə aksiyalarında bundan sonra da yaxından iştirak etmək əzmindədir.

Qeyd edək ki, SOCAR-ın çoxminli kollektivi talassemiyalı xəstələrə yardım etmək məqsədi ilə könüllü qanvermə aksiyalarında 2009-cu ildən etibarən fəal iştirak edir. Bu ilin iyun ayına qədər şirkətin 34 min 563 əməkdaşı bu humanist aksiyaya qoşularaq talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlara qan verməklə köməklik göstərib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.