SOCAR tərəfindən 3-cü tərəflərdən alınıb satılan neft və neft məhsullarının həcmi 14,65 milyon ton təşkil edib
AzerTAg.az
Bakı, 17 may, AZƏRTAC
Cari ilin 4 ayı ərzində SOCAR tərəfindən 3-cü tərəflərdən alınıb satılan neft və neft məhsullarının həcmi 14,65 milyon ton təşkil edib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, SOCAR hazırda 40 ölkənin 100-dən çox məntəqəsində Azərbaycan nefti və neft məhsulları ilə yanaşı, 3-cü tərəflərdən alınıb satılan neft və neft məhsullarının ticarətini də uğurla həyata keçirərək əlavə iqtisadi dəyər yaradır.
2022-ci ilin 4 ayı ərzində SOCAR tərəfindən 3-cü tərəflərdən alınıb satılan neft və neft məhsullarının həcmi 14,65 milyon ton təşkil edib. Cari ilin yanvar-aprel ayları ərzində SOCAR tərəfindən 2,01 milyard kubmetr LNG ticarəti həyata keçirilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz çoxdur.

Xəbərin mətnində orfoqrafik səhv var